- Baxış sayı: 41
- 05 Avqust 2026 23:23
- Baxış sayı: 156
- Avqust 05, 2026
- 0

“Zirə” Rəşad Sadıqovun baş məşqçiliyi dövründə 100-cü qələbəsini əldə edib.
Allsport.az xəbər verir ki, tarixi nailiyyət Azərbaycan premyer liqasının XX turunda keçirilən “Karvan-Yevlax”la qarşılaşmaya təsadüf edib.
Doğma meydanda baş tutan görüşdə 1:0 hesabı ilə qalib gələn “qartallar” Sadıqovun rəhbərliyi altında çıxdığı 220-ci sınaqda yubiley qələbəsinə sevinib.
Bu qələbələrdən 82-si premyer liqa, 14-ü Azərbaycan kuboku, 4-ü isə avrokubok matçlarında qeydə alınıb.