- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

PSJ yeni transferə hazırlaşır.
Allsport.az xəbər verir ki, Paris təmsilçisi “Nyukasl”dan braziliyalı yarımmüdafiəçi Brunu Gimaraynşı almaq istəyir.
PSJ-nin rəhbərliyi 28 yaşlı oyunçu üçün artıq ilkin danışıqlar aparıb.
İngiltərə klubu Gimaraynşı 100 milyon avroya satmağa hazırdır.
Brunu cari mövsüm keçirdiyi 35 matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.