- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 255
- Mart 05, 2026
- 0

“Mançester Siti” və “Arsenal” “Ayntraxt Frankfurt”un 22 yaşlı sol cinah müdafiəçisi Nataniel Braunla maraqlanır.
Allsport.az xəbər verir ki, klublar yaxın vaxtlarda almaniyalı futbolçu üçün danışıqlara başlamağı düşünür.
Braun ötən ilin yayından “Ayntraxt Frankfurt”da çıxış edir. Ötən mövsüm müdafiəçi bütün turnirlərdə 33 matçda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir.