- Baxış sayı: 26
- 25 Mart 2026 12:21
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0

“Arsenal” klubunun müdafiəçisi Qabriel Maqalhaes zədə səbəbindən Braziliya millisinin heyətindən kənarlaşdırılıb.
Allsport.az xəbər verir ki, 28 yaşlı futbolçu İngiltərə Liqa Kubokunun finalında “Mançester Siti”yə qarşı keçirilən gərgin oyundan (0:2) sonra sağ dizində kəskin ağrılar hiss edib.
Həkimlərin müayinəsindən sonra müdafiəçinin Fransa və Xorvatiyaya qarşı keçiriləcək yoldaşlıq görüşlərində iştirak edə bilməyəcəyi dəqiqləşib. Federasiyadan bildirilib ki, baş məşqçi Dorival Junior heyətə Qabrielin əvəzinə yeni futbolçu çağırmayacaq.
“Arsenal”ın digər ulduzu Qabriel Martinelli də hazırda zədə səbəbindən müalicə mərkəzindədir. Müdafiəçinin təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.