- Baxış sayı: 18
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
“Arsenal”ın baş məşqçisi Mikel Arteta çempionlar liqasının “İnter”lə oyunu (0:1) haqda danışıb.
Allsport.az xəbər verir ki, ispan mütəxəssis komandasının qapısına təyin edilən penaltinin haqsız olduğunu deyib:
“Çox üzgünəm, çünki hakimin iki səhv qərarı oyunun gedişatını müəyyənləşdirdi.
Mən başa düşmürəm. Penalti epizodunda heç bir təhlükə yox idi. Top çox yaxın olduğu üçün oyunçunun reaksiya verməsi mümkün deyildi. Ancaq bunun penalti olduğuna qərar verdilər.
Amma əgər bu penaltidirsə, o zaman “İnter”in qapıçısı Sommerin Mikel Merinonun başına vurduğu zərbə 1000 faiz penalti olmalıdır. Bu məğlubiyyətlə barışmaq çətindir”.