“Artıq komandada bəzi addımları atmağın vaxtıdır”

“Sumqayıt” premyer liqanın 7-ci turunda öz meydanında “Zirə”yə 0:2 məğlub olub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Samir Abbasov yenilgiyə aydınlıq gətirib:

“Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Taktiki mübarizədən onlar qalib ayrıldı. Bütün mübarizələri uduzduq, hücumda oynaya bilmədik. Bir neçə oyundur, belədir. Artıq komandada bəzi addımları atmağın vaxtıdır.

Ha düşünürsən ki, gələn oyun düzələr, yox. Yaxşı günlər yaşamırıq. Dörd turdur, uduzuruq. Komandanı necə düzəldəcəyik. Danışmaq da çətindir. Toparlanmalıyıq demək də çətindir. Fikirləşirəm ki, komanda daxilində iş görmək lazımdır. Sərt olacaq, amma belə rahatlıq olmalı deyil”.

Həmin kateqoriyadan