- Baxış sayı: 244
- 16 Dekabr 2025 23:00
- Baxış sayı: 58
- Dekabr 18, 2025
- 0

Azərbaycan idman akademiyasının (ASA) rektoru Fuad Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Koventri universitetinə səfər edib.
Allsport.az xəbər verir ki, səfər çərçivəsində ASA-nın nümayəndə heyəti Koventri universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Kreyq Bills, proqram rəhbəri və kurikulum üzrə məsləhətçi ilə görüşlər keçirib. Görüşlərdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi, xüsusilə yeni birgə proqramların yaradılması imkanları müzakirə olunub.
Səfər zamanı ASA və Koventri universitetinin idman menecmenti magistr ixtisaslaşası üzrə ikili diplom proqramında təhsil alan tələbələrlə görüş keçirilib. Görüşdə onların tədris prosesi, elmi fəaliyyətlə bağlı fikir və təklifləri dinlənilib, rəhbərlik tərəfindən müvafiq məsləhətlər verilib.
Bu səfər Azərbaycan idman akademiyası ilə Koventri universiteti arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi və növbəti birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətli addımdır.