Asif Məmmədov “Qəbələ”də olan durumundan narazıdır

“Qəbələ”nin futbolçusu Asif Məmmədovun futbolmedia.az saytına müsahibə verib. Allsport.az saytı xəbər verir ki, həmkarımız Əli Həyati ilə söhbətdə, o, klubundan olan narazılığını gizlətməyib.

– Asif, çoxdandır görünmürsən. Hazırda durumun necədir?
– Vəziyyətim hazırda pis deyil. Şükür bu günümüzə, yaxşıyıq. Başımızı aşağı salıb məşqmizi edirik.

– Düzdür, özün “Qəbələ”nin heyətində olmasan da, komandan çempionatda uğursuz çıxışlar seriyasını davam etdirir. Nələr baş verir?
– Hər şey yaxşıdır. Futbolda belə şeylər olur. Sadəcə, bəxt amili bizi uğursuzluğa düçar edir. Bir çox oyunlar da, üstüyünlüyümüzlə keçib.

– Baş məşqçi Roman Qriqorçuk şablon sözdən istifadə edərək deyir ki, Avroliqa oyunları da çempionat oyunumuza təsir göstərir. Səncə, bu, belədir?
– Mən belə deməzdim. Yəni, komandada yorğunluq yoxdur. Çünki heyətimiz kifayyət qədər genişdir. Sadəcə, imkanlardan yararlana bilmirik.

– Bəlkə baş məşqçinizin Ukrayna millisinə gedəcəyi söhbəti çıxandan sonra, futbolçularda bir qədər ruh düşgünlüyü yaşanır. Məhz bu üzdən komandanız məşqlərə və oyunlara ehtinasız yanaşır. Elə baş məşqçi Qriqorçukda?
– Mən bildiyim qədər komandanın içində belə bir şey yoxdur. Çünki baş məşqçi ancaq “Qəbələ” haqda düşünür.

– Uzun zamandır əsas heyətdə yoxsan. Baş məşqçi demək olar ki, səni siyahısından silib. Bu nə ilə bağlıdır?
– Heyətimiz çox genişdir. Bundan başqa qısa bir müddət zədəli oldum. Yəni sonradan toparlandım. Xeyli müddətdir ki, formadayam. Məşqlərimi də qaydasında edirəm. Mən tərəfdən heç bir problem yoxdur. Baş məşqçiylə də heç bir problemim olmayıb. Məndə istəyirəm ki, meydana çıxıb komandam üçün əlimdən gələni edim. Lakin baş məşqçinin qərarıdır. Məndə meydana çıxmaq üçün öz şansımı gözləyirəm.

– Gəl etiraf edək ki, sən gənc, səriştəsiz, təcrübəsiz futbolçulardan deyilsən. Belədə, niyə ehtiyat skamyada oturub şans gözləysən?
– Bu baş məşqçi Qriqorçukun qərarıdır. Mən buna nə deyə bilərəm. Bəlkə mənim oyunum və ya məşqim hardasa onun xoşuna gəlməyib. Məhz bu üzdən ehtiyatda qalıram.

– Bəs Qriqorçuk gələndən sonra səni Avroliqanın heç kənarına da buraxayıb. Buna nə deyəcəksən? Axı, bildiyimizə görə sənin kifayyət qədər Avroliqa təcrübən vardı. Olmaya, mən səhv deyirəm?
– Mən bu barədə heç bir söz deyə bilmrəm. Mən baş məşqçinin qərarına nə deyə və nə edə bilərəm axı. Bu onun qərarıdır. Mən kiməm ki? Mən bir sadə futbolçuyam. Məcburam ki, baş məşqçinin qərarıyla razılaşım. Düzünü desəm sizin fikrinizlə razıyam. Mən Avroliqada oynamış və təcrübə qazanmış futbolçuyam. Bundan başqa Qriqorçuk məni özü görüb bəyənib. Onun sözüylə mən “Qəbələ”yə gəlmişəm.

– Gedib birbaşa baş məşqçinin özüylə niyə söhbət etmirsən. Niyə demirsən ki, məni dəvət etmisiniz, niyə şans vermirsiniz. Yəni, səbəbini öyrənmək istəməmisən?
– Mən bir müddət gözlədim. Biraz zədəli olmuğum vaxta da düşdü. Ümumən, biraz gözləyəcəm. Bir müddətdə belə davam etsə, gedib baş məşqçi ilə söhbət edəcəyəm.

– Bəs rəhbərliklə danışmısanmı? Gedib öz iradını onlara bildirmisənmi?
–  Yox rəhbərliyə heçnə deməmişəm. Açığnı deyim ki, mən bu tip futbolçulardan deyiləm.

– Yəni sözlərindən belə çıxdı ki, karyeramı bitirsəm, itib-batsa da bir şey etməyəcəksən?
– Yox karyeramın bərbad olmağını istəmərəm. Lakin mən bir şans gözləyirəm. Kimləsə danışım, nəsə demək istəməzdim. Görək necə olur.

– Biz jurnalistlər Qriqorçukun eşistliyini, yerlibazlığını və hansı tiplərdən olduğunu yaxşı bilirik. Məhz bu üzdən sənə və digər yerli futbolçularımıza haqsızlıq edildiyinin fərqindəyik. Bundan başqa klubda daha nələrin baş verdiyini bilmək istəyirik. Bu olanlarda “Qəbələ” klubunun rəhbərliyində günah görürsənmi?
– Mən bu baxımdan heç kimdə günah görmürəm. Oynamıramsa, deməli günah mənim özümdədir. Bəlkə də idal səviyyədə olsam, qıraqda qalmaram.

– Asif, gəl səmimi danışaq. Etiraf edək ki, səndən başqa ölkəmizin ən güclü və tanınmış futbolçuları Vuqar Nadirov, Vaqif Cavadov, sən, Ruslan Abışov, Samir Zərgərov da, baş məşqçi Qriqorçukun bilərəkdən zərbələrinə tuş gəlirsiniz. “Qəbələ” rəhbərliyi isə uzun müddətdir uğursuzluğa baxmayaraq susur. Belə çıxır ki, sən və yerli futbolçu olan komanda yoldaşların əsas heyətdən kənar qalmağı haqq edirlər?
– Mən onlar haqda bir söz deyə bilmərəm. Bunu onların özündən soruşsanız daha yaxşı olar. Kim öz karyerasını zay etmək istəyr. Mən deməzdim ki, yerli futbolçularımız zəifdir. Heç birimizdə əsas heyətdən kənar qallmağa layiq deyilik. Mən sırf özümlə bağlı danışıram. Bu barədə çox danışmaq istəməzdim.

– Belə söz-söhbət gəzir ki, Qriqorçuk tezliklə “Qəbələ”ni tərk edəcək. Hətta rəhbərlik neçə aydı mütəxəssizin dalına düşüb ki, yeni müqaviləyə qol çəksin. Ancaq istədikləri alınmır. Sən bu haqda klubdan nə isə eşitmisən. Bundan başqa Qriqorçukun yerlibazlıq etdiyi üçün siz yerli futbolçularla arası dəyib. Bu doğrudur?
– Mən helə bir şey hiss etməmişəm. Yəni Azərbaycanlı futbolçularla münasibətinin korlanması haqda bir söz deyə bilmərəm. Çünki bu barədə bilgim yoxdur. Yəni eşitməmişəm. “Qəbələ”ni tərk edəcəyi məsələsinə gəlincə bu mənə aid deyil. Onu baş məşqçi və rəhbərlik bilər.

– Avroliqanın qrup mərhələsindəki fiaskonuza nə deyərdin. Çünki məğlubiyyətlər, və səfərdə PAOK-la oyundan xalla, evdəki “Krasnodar”la oyunda qalib gələcəyiniz isə real görünmür?
– Bilirsiniz necədir, elə deyillər ki, “Borussiya”ya böyük hesabla uduzmağımızı çox şişirdillər. Bəyəm “Borussiya” zəif komandadır ki, bizdən qrupa düşməyi gözləyirdilər.

– Asif, etiraf edək ki, “Borussiya” nə “Bavariya” nə “Real” nə də ki, “Barselona” deyil. Almaniyada “Şalke”, «Bayer” “Verder” kimi sıradan bir klubdur. Bu darmadağın olmağınıza əsas qazandırmır?
– Orası düzdür ki, “Borussiya” klubu “Barselona” deyil. Ancaq biz Bakıdakı ilk 15 dəqiqəni “Borussiya”ya qarşı əla oyun göstərdik. Qol vurmaq imkanlarımız oldu. Lakin bəxtimiz gətirmədi.

 

Həmin kateqoriyadan