Asiman Qurbanlı dönüşünü gümüş medalla qeyd edib

Ötən ilin sentyabrında 5-vi “Baku Open” beynəlxalq turnirində zədədən sonra yarım il yarışlardan kənar qalan Asiman Qurbanlı (+84 kq), tatamiyə dönüşünü gümüş medalla qeyd edib. Allsport.az saytı xəbər verir ki, Misirin Şarm Əl-Şeyx şəhərində Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa seriyasından nüfuzlu turnirinə qatılan kimono ustamız, bir-birinin ardınca üç misirli idmançıya böyük hesabla, eləcə də türkiyə milli komandasının üzvləri Yasər Şahintəkin və Enes Erkana qalib gəlib.

O, yalnız finalda misir milli komandasının lideri Mansur Ossamaya məğlub olub. Şarm Əl-Şeyx Premyer Liqasında 38 ölkədən 464 idmançı iştirak edib. Komandamız bu nəticə ilə medal qazana bilən 15 ölkə arasında ümumi hesabda 8-10cu yerləri bölüşüb. Azərbaycan karateçilərinin növbəti rəsmi yarışı Martın ikinci yarısında İstanbulda 50-ci Avropa çempionatı olacaq.

Həmin kateqoriyadan