- Baxış sayı: 416
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 95
- Dekabr 05, 2025
- 0

İyunun 25-dən iyulun 6-dək Saxa respublikasının paytaxtı Yakutskda “Asiya uşaqları” VIII beynəlxalq idman oyunları keçiriləcək. Allsport.az saytı xəbər verir ki, açılış iyunun 26-da, bağlanış iyulun 6-da olacaq.
Oyunlarda ölkəmiz 16 idman növündə – cüdo, stolüstü tennis, üzgüçülük, sambo, taekvondo, bədii gimnastika, mas-reslinq, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, atletika, kamandan oxatma, qayaya dırmanma, boks, alış, kuraş, xapsaqay üzrə ümumilikdə 80 idmançı ilə təmsil olunacaq.