- Baxış sayı: 63
- 01 Aprel 2023 20:21
- Baxış sayı: 91
- Aprel 01, 2023
- 0
Türkiyə superliqasında son 10 oyunda qalib gələn “Qalatasaray” klubu, “Strasburq”dan Həbib Diarra və “Valansyen”dən Məhəmməd Kaba üçün hərəkətə keçib.
Allsport.az saytı xəbər verir ki, adı ilk çəkilən futbolçunun dəyəri 3 milyon avrodur. 19 yaşlı Seneqal əsilli yarımmüdafiəçi Fransa 1-ci liqasında 14 matçda çıxış edib və 1 qol ötürməsi edib.
Qana əsilli fransalı Məhəmməd Kaba 2.2 milyon dəyərindədir. 21 yaşlı orta xətt futbolçusu 17 görüşdə 1 dəfə fərqlənib və 1 kərə məhsuldar ötürmə ilə yadda qalıb.