Gənclərin ölkə birinciliyi sona yetib

Cüdo üzrə 21 yaşa qədər gənclər arasında ölkə birinciliyində fərdi yarışlara yekun vurulub.

Allsport.az xəbər verir ki, 2 gün davam edən yarışda qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Birincilikdə 62 klub, cəmiyyət və idman təşkilatından olan 216 cüdoçu medallar uğrunda mübarizə aparıb. Yarışların sonuncu günündə qızlar arasında 48 kq, 57 kq, 70 kq və +78 kq çəki dərəcələrində, oğlanlar arasında isə 60 kq, 73 kq, 90 kq və +100 kq çəki dərəcələrində mükafatçılar bəlli olub.

Həmin kateqoriyadan