“Rəqibimizi yaxşı tanıyırıq”

“Bu şənbə çətin oyunumuz olduğunu bilirik. Rəqibimizi yaxşı tanıyırıq, keyfiyyətinə bələdik. Ona görə də həftəmiz iş baxımından məhsuldar keçib. “Neftçi” ilə matça konsentrasiya olmuşuq”. Allsport.az saytı xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın müdafiəçisi İqor Ribeyro deyib. Braziliyalı müdafiəçi milli komandaların matçları ilə əlaqədar yaranmış fasilədən maksimum istifadə etməyə çalışdıqlarını bildirib:

“Komandamız gec yığışdığına görə təlim-məşq toplanışı keçirməmişdi. Millinin oyunları ilə əlaqədar yaranmış fasilədən maksimum istifadə etdik, həm yaxşı məşqlər keçdik, həm də yoxlama oyununda gücümüzü sınadıq. Məşqçilər korpusu bir daha çatışmazlıqları gördü”.

Premyer liqanın 6-cı turunda “Dalğa arena”da görüş saat 18:00-da başlayacaq.

Həmin kateqoriyadan