“Tofiq Bəhramovun dünya çempionatında verdiyi qərar bu gün də unudulmaz an kimi xatırlanır”

“Rabitəbank” və AFFA arasında himayədarlıq müqaviləsi imzalanıb. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edn assosiasiyanın prezidenti Rövnəq Abdullayev, nüfuzlu şirkətlərin Azərbaycan futbol ailəsinə maraq göstərməsinin sevindirici hal olduğunu deyib.

““Rabitəbank” rəhbərliyinə ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə minnətdaram. Azərbaycan futbol hakimliyi fəxr olunasıdır. Həmyerlimiz Tofiq Bəhramovun 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatının finalında verdiyi qərarın dünya futbol ictimaiyyətində bu gün də unudulmaz an kimi xatırlanır.

Azərbaycan hakimlik məktəbinin ənənəsinin davam edir. Yeni əməkdaşlıq sayəsində gənc hakimlərin yetişdirilməsi istiqamətində addımlar atılacaq”.

Həmin kateqoriyadan