- Baxış sayı: 16
- 10 Mart 2026 19:25
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Superliqanın 26-cı turunda”Konyaspor” lider “Qalatasaray”ı qəbul edib.
Allsport.az xəbər verir ki, mübarizə “qartalın”ın 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Matçdakı qolları 31-ci dəqiqədə Raşica, 62-ci dəqiqədə Sərcan və 90+3-də Oğulcandan gəldi.
Bu nəticə ilə “sarı-qırmızılılar” liqada ardıcıl 14 qələbə və məğlubiyyətsizlik seriyasını itirib. Lider komanda bu nəticə ilə xalını 60-da saxlayıb. Konya təmsilçisi isə xalını 34-ə çatdırıb.
Millimizin yetirməsi Mahir Əmrəli də start heyyətində çıxış edib. Hücumçu 15-ci dəqiqədə sarı kart alıb və 79 dəqiqə oyunda qalıb.