Astanada 5-ci dünya köçəri oyunlarının açılışı

Allsport.az saytı xəbər verir ki, “Astana” arenada baş tutan mərasimdə Qazaxıstan bayrağı qaldırılıb və dövlət himni səsləndirilib. Ardınca iştirakçı ölkələrin keçidi baş tutub.

Tədbirdə Qazaxıstanın baş nazirinin birinci müavini, oyunların təşkilat komitəsinin rəhbəri Roman Sklyar və Dünya etnosport federasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan çıxış ediblər. Qazaxıstan prezidenti Qasımcomərd Tokayev tədbir iştirakçılarını salamlayıb və yarışı açıq elan edib.

Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Tədbirin gedişində köçəri tarixini tərənnüm edən musiqi nömrələri səsləndirilib.

Açılış mərasimini Azərbaycan respublikasının gənclər və idman naziri Fərid Qayıbov və ədliyyə naziri Fərid Əhmədov stadionda izləyiblər.

Dünya köçəri oyunları sentyabrın 13-dək davam edəcək. Yarışlarda ölkəmiz 8 növdə – qazaq güləşi, manqala, aba, koreş, mas-reslinq, kuraş, alış, ənənəvi oxatma üzrə 54 idmançı ilə təmsil olunur.

Həmin kateqoriyadan