- Baxış sayı: 65
- 23 Sentyabr 2024 10:30
- Baxış sayı: 60
- Oktyabr 10, 2024
- 0
Gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın paytaxtı Astanada olub. Allsport.az saytı xəbər verir ki, səfər çərçivəsində nazir V dünya köçəri oyunlarının açılış mərasimində iştirak edib, bəzi yarış məkanlarına baş çəkib. Nazir həmçinin etnoaulla tanış olub, aydarıspaq (at üstündə güləş), jambı atu (atüstü oxatma) və dəstürlü sadak atu (ənənəvi oxatma) yarışlarını, həmçinin Azərbaycan idmançılarının qazaq güləşi yarışlarında mübarizəsini izləyib.
Fərid Qayıbov, Dünya etnosport federasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan, Rusiya Federasiyasının idman naziri Mixail Deqtyarev və Qazaxıstanın turizm və idman naziri Yerbol Mirzabosinov ilə ikitərəfli görüşlər keçirib.