- Baxış sayı: 57
- 30 İyun 2026 20:02
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Gənclər və idman nazirliyi və milli idman növləri assosiasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, İçərişəhərdə 48 əməkdaş (40 kişi və 8 qadın) iştirak edib.
Yekun nəticələrə görə, qadınlar arasında Samirə Cəfərova, Sevda Əzizova (hər ikisi – SOCAR) və Valeriya Konkina (mədəniyyət nazirliyi) fərqləniblər.
Kişilər arasında Emin Mustafayev (mədəniyyət nazirliyi) 1-ci olub. Polad Həsənov (fövqəladə hallar nazirliyi) yarışı 2-ci, Orxan İsmayılov (dövlət statistika komitəsi) 3-cü pillədə başa vurublar.