Astara olimpiya idman kompleksində budo üzrə ölkə birinciliyi keçirilib

Astara olimpiya idman kompleksində uşaqlar və yeniyetmələrin budo üzrə ölkə birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, idmançılar full, fri və grempig növlərində mübarizə aparıblar.

Yekunda Əlisəfər Əmirov (15-16 yaş, 52 kq), Orxan Rüstəmov (15-16 yaş, 60 kq), Bəylər Əsədov (13-14 yaş, 52 kq), Siyasət Bayramov (15-16 yaş, 48 kq), Hüseyn Tağızadə (11-12 yaş, 40 kq), Tofıq Hacızadə (10-11 yaş, 30 kq), Asif Atakişiyev (15-16 yaş, 60 kq), Səxavət Mürşüdzadə (14-15 yaş, 60 kq) müxtəlif növlərdə qalib olublar.

Həmin kateqoriyadan