- Baxış sayı: 39
- 22 Mart 2026 15:50
- Baxış sayı: 253
- Mart 22, 2026
- 0

“Real Madrid” çempionlar liqasının əsas mərhələsinin 6-cı turu çərçivəsində “Atalanta” ilə oyunda (3:2) hücumçusu Kilyan Mbappeni itirib.
Allsport.az xəbər verir ki, “kral klubu”nun tibbi şöbəsi fransalının sıradan çıxdığı haqda məlumat yayıb: “Kilyan Mbappe üzərində aparılan tibbi müayinələrdən sonra onun sol bud nahiyəsindən zədə aldığı müəyyən edilib. Onun vəziyyəti nəzarətdə saxlanılacaq”.
“Atalanta” ilə qarşılaşmada Mbappe 36-cı dəqiqədə əvəzlənib.