“Atamın azərbaycanlı olmasına hörmət edirəm, amma…”


Moskvanın “Dinamo” klubunun gənc futbolçusu Ülvi Babayev gələcəkdə hansı milli komandanın heyətində çıxış etmək niyyətində olduğunu açıqlayıb. 

Allsport.az xəbər verir ki, daha əvvəl Rusiya doğumlu Babayevin Azərbaycan yığmasını seçə biləcəyi barədə məlumatlar yayılmışdı.

“Çempionat” nəşrinə müsahibə verən Babayev bu barədə belə deyib:

“Atamın azərbaycanlı olmasına hörmət edirəm, amma mən Rusiyada doğulmuşam. Mənə heç kim müraciət etməyib və bu tərəfə baxmamışam. Mənim Rusiya millisi ilə bağlı öz hədəflərim var.”

21 yaşlı Ülvi Babayev bu mövsüm “Dinamo”nun heyətində 12 matç keçirib və 5 qol vurub. 

Həmin kateqoriyadan