- Baxış sayı: 74
- 27 Fevral 2026 22:13
- Baxış sayı: 130
- Mart 19, 2026
- 0

Fransanın Şatoru şəhərində keçirilən Avropa atıcılıq çempionatında Azərbaycan atıcıları fəxri kürsə qalxıblar.
Allsport.az xəbər verir ki, dairəvi (skeet) stend qarışıq duet komandası kateqoriyasında mübarizə aparan Niyaz Ağazadə və Riqina Meftaxetdinova cütlüyü bürünc medal qazanıblar.
Azərbaycan təmsilçiləri medal qarşılaşmasında İsveç duetinə — Stefan Nilsson Şoen və Viktoriya Larsson cütlüyünə qarşı üstün oyun nümayiş etdiriblər.