- Baxış sayı: 92
- 19 Noyabr 2025 16:40
- Baxış sayı: 105
- Dekabr 05, 2025
- 0
Atıcılıq üzrə dünya olimpiya təsnifat turniri davam edir.
Allsport.az xəbər verir ki, Azərbaycan millisinin də təmsil olunduğu səngər stendində (trap) təsnifat mərhələsi başa çatıb.
Qətərin paytaxtı Dohadakı turnirdə yığmamızın 6 snayperi final mərhələsinə vəsiqələr üçün mübarizə aparıb. Onlardan heç biri həlledici raunda yüksələ bilməyib.
Kişilərin yarışında 140 iştirakçı dəqiqliyini yoxlayıb. Əli Hüseynli 116 xalla 57-ci, Sabir Mehdizadə 112 xalla 110-cu, Əlimirzə Quliyev 109 xalla 123-cü olub.
Qadınların mübarizəsində 79 snayper iştirak edib. Ülviyyə Eyvazova 110 xalla 42-ci, Aydan Camalova 104 xalla 62-ci, Rəna Ələskərova 88 xalla 77-ci olub.