- Baxış sayı: 204
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 102
- Dekabr 05, 2025
- 0

AVF-in prezidenti Şahin Bağırov, Qobustanda yeniyetmə voleybolçularla görüşüb. Allsport.az saytı xəbər verir ki, o, Hacıqabul RVK-nın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil etdiyi məktəblilər arasında voleybol üzrə Qobustan rayon birinciliyinin final oyunlarını izləyib.
Sentyabrın 15-də start götürən birincilikdə 12 komanda mübarizə aparıb. Qobustan olimpiya idman kompleksində bu rayonun 3 saylı orta məktəbin komandası 1-ci, 1 saylı orta məktəbin komandası 2-ci yer tutub. Ərəbşalbaş kənd məktəbin kollektivi 3-ü olub.
Yarışın qaliblərinə kubok və medallar təqdim olunub. Mükafatları təqdim edən AVF-nin prezidenti Şahin Bağırov yeniyetmələri təbrik edib, onlara tövsiyələrini verib və professional voleybolçu olmaq yolunda uğurlar arzulayıb.