- Baxış sayı: 204
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 102
- Dekabr 05, 2025
- 0

Azərbaycan voleybol federasiyasının məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.
Allsport.az saytı xəbər verir ki, Sumqayıt OİK-də baş tutan və 6 gün davam edən AVF-nin “1-ci dərəcə” məşqçi kursunda Sumqayıt RVK-nın tərkibinə daxil olan şəhər və rayonların 11, Şərqi Zəngəzur RVK-nın isə 3 məşqçi-müəllimi iştirak edib.
Dərslər FIVB-nin məşqçi-instruktoru, AVF-nin Təhsil şurasının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilib.