- Baxış sayı: 205
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

Azərbaycan voleybol federasiyasının (AVF) məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.
Allsport.az xəbər verir ki, Bakıda baş tutan “1-ci dərəcə” məşqçi kursunda Bakı RVK-nın tərkibinə daxil olan şəhər və rayonlardan olan 15 məşqçi-müəllim iştirak edib. Dərslər AVF-nin təlim və aşağı yaş qruplarının rəhbəri Dok.Dr.Çingiz Ağarçeşmə tərəfindən keçirilib.
Kursun sonuncu günündə iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçənlərə AVF-nin “1-ci dərəcə” sertifikatı təqdim olunub. Bu sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FİVB-nin Level-1 seminarında iştirak etmək hüququ qazanacaqlar.
Bundan əvvəl Qəbələ və Sumqayıtda da məşqçi kursları təşkil olunub.