- Baxış sayı: 48
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 179
- Fevral 08, 2026
- 0

Azərbaycan voleybol federasiyasının prezidenti Şahin Bağırov Daşkəsəndə yeniyetmə voleybolçularla görüşüb. Allsport.az saytı xəbər verir ki, o, Gəncə RVK-nın bu rayonunda yeniyetmə idmançıları və məşqçilərilə görüşüb.
2 nömrəli tam orta məktəbin idman zalında baş tutan görüşdə rayon icra hakimiyyətinin başçısı Orxan Abbasov, Gəncə RVK-nın rəhbəri Şamil Həsənli və regional voleybol klubun direktoru Sərxan Məmmədov da iştirak ediblər.
Görüşdə qonaqlara Gəncə RVK-nın Daşkəsən bölməsində görülən işlər, idmançı və məşqçilər üçün yaradılan şərait haqqında ətraflı məlumat verilib. Sonra Şahib Bağırov AVF-nin ölkəmizdə voleybolun kütləviliyinin artırılması və inkişafı istiqamətində gördüyü işlərdən danışıb, gənc idmançılara tövsiyələrini verib və onlara uğurlar arzulayıb.