- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan voleybol federasiyasının prezidenti Şahin Bağırov yeniyetmə və gənc voleybolçular üçün təşkil olunmuş məşqinə baxış keçirib. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyinin voleybol mərkəzində baş tutan və Şahin Çatmanın rəhbərlik etdiyi məşqlərdə bir neçə gün əvvəl yekunlaşmış “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi”ndə fərqlənən 40-a yaxın uşaq iştirak edir.
Görüşdə ona məşq haqqında ətraflı məlumat verilib. Bildirilib ki, məşqlər müxtəlif proqramlar üzrə davam etdirilir. Federasiya rəhbəri uşaqların vəziyyəti və yaradılmış şəraitlə maraqlanıb. Onlara məşqlərə və dərslərə ciddi yanaşmalarını, professional voleybolçu olmaq, gələcəkdə ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etmək yolunda var gücləri ilə çalışmalarını tövsiyə edib.