- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avropa çempionatında mübarizə aparan qadın voleybol millimizin üçün bu gün turnirdə istirahət günüdür. Allsport.az saytı xəbər verir ki, komandamız sabah Yunanıstanla oyuna hazırlığı məşq üçün ayrılmış xüsusi zalda davam etdirib.
AVF-in vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov və federasiya nümayəndələri yığmamızın məşqində olublar. Onlar voleybolçularımız və məşqçilər korpusu ilə görüşüblər.
Oyuna hazırlıq ilə maraqlanan federasiya rəhbərliyi sabahkı qarşılaşmada voleybolçularımıza uğurlar arzulayıb. Daha sonra komandamızın məşqini izləyiblər.
Millimiz avqustun 22-də Yunanıstanla üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.