- Baxış sayı: 48
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 179
- Fevral 08, 2026
- 0

AVF-in prezidenti Şahin Bağırov, AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katibi Faiq Orucov qitə çempionatının təsnifat mərhələsində iştirak edəcək kişi voleybol millisinin məşqçilər heyəti və oyunçularla görüşüb.
Allsport.az saytı xəbər verir ki, AVF rəhbərliyi komandamızın GİN-in voleybol mərkəzində məşqini də izləyib. Seçməmiz qitə birinciliyinin ələməsində mübarizəyə avqustun 17-də başlayacaq.
Həmin gün Avstriyanın qonağı olacağıq. Növbəti matçda millimiz 1 həftə sonra Bakıda Belçikanı qəbul edəcək.