AVF rəhbərliyi “Murov Az Terminal”ın təlim-məşq mərkəzində

Azərbaycan voleybol federasiyasının (AVF) prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və icraçı direktor Vüqar Hüseynzadə “Murov Az Terminal” voleybol klubunun təlim-məşq mərkəzində olublar.

Allsport.az saytı xəbər verir ki, bazanın fəaliyyəti ilə tanış olan qonaqlar idmançı və məşqçilərlə də görüşüblər. “Murov Az Terminal”ın prezidenti Cavid Kərimov qonaqlara burada yaradılmış şərait barədə ətraflı məlumat verib.

Sonra federasiya prezidenti klubunun yeni təmir olunmuş trenajor zalının açılışını edib. “Murov Az Terminal” yüksək liqa ilə yanaşı, aşağı yaş qruplarında da qız və oğlan komandaları ilə təmsil olunur.

Həmin kateqoriyadan