Avrokuboklarda ölkəmizi cəmi “Azərreyl” və “Telekom” təmsil edəcək

Gələn mövsüm Azərbaycanı avrokuboklarda cəmi 2 klub təmsil edəcək. Allsport.az saytı xəbər verir ki, qadın voleybolçulardan ibarət “Azərreyl” və “Telekom” Avropa Çempionlar Liqasında mübarizə aparacaq.

Maliyyə problemləri yaşayan “Lokomotiv” və “Azəryol” isə avrokuboklarda iştirak etməyəcək. Bu isə o deməkdir ki, CEV kuboku və “Çağırış” kubokunda heç bir klubumuz oynamayacaq.

“Telekom” yenə də Zoran Qayiçin rəhbərliyi ilə çıxış edəcək. Ancaq “Azərreyl”in baş məşqçi məsələsinə hələ aydınlıq gəlməyib. “Lokomotiv”in əcnəbi voleybolçulara olan borcu ya klub, ya da Voleybol federasiyası tərəfindən ödənməsə, klublarımıza transfer qadağası qoyulacaq.

Həmin kateqoriyadan