Avrokubokların finalları üçün bilet satışı başladı

UEFA 2026-cı ildə keçiriləcək dörd klub turnirinin final oyunları üçün biletlərin satışına start verib.

Allsport.az xəbər verir ki, biletlər növbə əsasında deyil, müraciət müddəti bitdikdən sonra lotereya yolu ilə sahiblərini tapacaq. Final oyunları və qiymətlər aşağıdakı kimidir:

  • Avropa Liqası (20 may, İstanbul): Biletlər 40-240 avro arası dəyişir.
  • Qadınlar çempionlar liqası (23 may, Oslo): Qiymətlər 20 avrodan başlayır. Biletlərin 60%-i 40 avro və ya daha ucuz olacaq.
  • Konfrans liqası (27 may, Leypsiq): Qiymətlər 25-190 avro aralığındadır.
  • Çempionlar liqası (30 may, Budapeşt): Ən ucuz bilet 70 avro, digər kateqoriyalar isə 180, 650 və 950 avrodur.

Çempionlar liqasının finalında stadion tutumunun 40%-dən çoxu finalçı komandaların azarkeşləri üçün ayrılıb.

Həmin kateqoriyadan