- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkünə əsasən, Azərbaycanı bu turnirdə təmsil edəcək klubların da rəqibləri müəyyənləşdi. Allsport.az saytı xəbər verir ki, “Qəbələ” Gürcüstanın “Samtrediya”, “Neftçi” Maltanın “Baltsan”, “Kəpəz” isə Moldovanın “Daçiya” klubları ilə qarşılaşacaq. Sizi komandalarımızın rəqibləri ilə daha yaxından tanış edirik:
“Samtrediya” (Gürcüstan)
Eyniadlı şəhəri təmsil edən “Samtrediya” Gürcüstanın köklü klublarından hesab olunur. 1936-cı ildə yaradılmış bu klub o vaxtdan bəri müxtəlif adlar altında çıxış edib: “Lokomotiv”, “Sanavardo”, “Cuba”, “İberiya”. Amma bu komanda yalnız indiki adı altında cəmi bir dəfə avrokuboklarda çıxış edib. 1995/96 mövsümündə “İberiya” adı altında bu klub UEFA Kuboku çərçivəsində (indiki Avroliqa) Makedoniya “Vardar”ı ilə qarşılaşıb. Amma həmin avrokubok macərası gürcülər üçün qısa və qolsuz sürüb (0:3).
“Samtrediya” son mövsümdə Gürüstan çempionatının gümüş medallarını qazanıb. Komanda 30 turdan sonra müsbət 34 top fərqinə malik olub. Bundan daha yaxşı nəticə yalnız çempion “Dinamo”da olub – 45 qol. Müqayisə üçün qeyd edək ki, “Qəbələ”nin 36 turdan sonra top fərqi müsbət 16 olub.
Komandanın əsas qol silahı Budu Zivzivadze. O, geridə qalan mövsümdə 16 qol vurub. Digər hücumçu İrakli Sixarulizde ondan azacıq geri qalıb – 13 qol. Amma “Samtrediya”nın son uğurlarında pay sahibi olan əksər futbolçuların komandadan ayrıldığı bildirilir. Onların əvəzində komandaya cəlb olunan yeni futbolçular da az deyil.
“Baltsan” (Malta)
“Neftçi”nin rəqibi avrokuboklara Malta çempionatını 4-cü yeri tutmaqla vəsiqə qazanıb. Buna səbəb isə ölkə kubokunun qalibi “Slima”nın avrokuboklarda iştirak üçün lisenziya ala bilməməsi göstərilir.
“Baltsan” sonuncu dəfə 2010/11 mövsümündə Malta çempionu olub. Amma avrokuboklarda iştirak etməyib. Son iki mövsümdə isə bu klub 4-cü yeri tutub. Ötən mövsüm Malta kubokunun finalına yüksələn “Baltsan” “Slima”ya penalti seriysında uduzub – 4:5. Avrokuboklarda debütünü də ötən mövsüm edən bu komanda Bosniya-Herseqovina “Jelezniçar”ı ilə bacarmayıb – 0:3.
Malta klubunun heyətində Azərbaycan futboluna tanış olan adlara da rast gəlmək mümkündür. Məsələn, Pol Fenex, Rayan Fenex, Alfred Effionq… Sonuncu hətta Malta ilə səfər oyununda Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin qoruduğu qapıya qol da vurmuşdu. Braziliyalı hücumçu Pedrinyonu da xüsusi qeyd etmək olar. Əsas heyət üzvlərindən braziliyalı Alan, moldovalı Maksim Foşa, Dilan Qrima və s. Əvəzində Malta klubu iki braziliyalı müdafiəçi alıb – De, Oliveyra. Makedoniyalı Borçe Manevski də yeni gələnlərdəndir. Terens Acius isə icarədən qayıdıb.
“Daçiya” (Moldova)
Azərbaycanın avrokuboklardakı təmsilçiləri arasında ən az bəxti gətirən, yəqin ki, “Kəpəz” oldu. Moldova çempionatının gümüş mükafatçısı olan “Daçiya” çempion “Şerif”ə əsl müqavimət göstərib. Çempionu isə “qızıl oyun” müəyyənləşdiib. Yəni, gəncəliləri Moldovanın iki ən güclü klubundan biri ilə duel gözləyir.
Moldova klublarının bütövlükdə təmsilçilərimiz üçün uğursuz olduğunu da xüsusi qeyd etmək lazımdır. Klublarımızın bu ölkə təmsilçiləri ilə yolu indiyə qədər altı dəfə kəsişib ki, onların da yalnız birində Azərbaycan təmsilçisi sevinən tərəf olub.
“Daçiya”nın da Azərbaycan klubları ilə tanışlığı var. 2007-ci ildə bu klub İntertoto Kubokunda “Bakı” ilə qarşılaşıb. İki oyunun nəticəsinə görə hesab 2:2 olduğundan penalti seriyasına ehtiyac duyulmuşdu və moldovalılar 3:1 hesabıyla qalib gələrək, mərhələ adlamışdılar.
“Daçiya” mövsüm bitən kimi heyətinə yeni futbolçular qatıb. Çexiyalı İrji Eslinek, ukraynalı Rinar Valeyev, Denis Kojanov, Andrey Slinkin, hücumçu İqor Buqayev növbəti mövsümdən bu komandada çıxış edəcək. Heyətdə olan futbolçulara gəlincə, ən məhsuldar oyunçu Sergey Zaqinaylov olub ki, mövsüm ərzində 12 qol vurub. Çeroqoriyalı Slaven Stepanoviçi də xüsusi qeyd etməyə dəyər. Maraqlıdır ki, onların hər ikisi ilə müqavilənin müddəti bitsə də, hələ komandada qalıb-qalmayacaqlarına dair rəsmi açıqlama yoxdur.