Avropa ağırlıqqaldırma akademiyasının inkişaf strategiyası müzakirə edilib

Azərbaycan ağırlıqqaldırma federasiyasının prezidenti Kamran Nəbizadə Sloveniyadan olan strateji planlama mütəxxəsisi, Lyublyana universitetinin professoru Edvard Kolarla görüşüb.

Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, AAF-ın vitse-prezidenti Firdovsi Umudov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnarə Təhməzovanın iştirak etdiyi görüşdə, Azərbaycanda qurulacaq Avropa ağırlıqqaldırma akademiyasının inkişaf strategiyası müzakirə edilib. AAF-ın prezidenti Kamran Nəbizadə akademiyanın inkişaf strategiyasının hazırlanması zamanı nəzərə alınmalı zəruri istiqamətləri diqqətə çatdırıb. Federasiya prezidenti vurğulayıb ki, akademiyanın fəaliyyət və inkişaf strategiyasında bu idman növünün kütləviləşməsi, atletlər və hakimlər üçün beynəlxlaq seminar və məşğələlərin təşkili, sertifikatlaşdırma, eyni zamanda antidopinq sahəsində görüləcək işlər ayrı-ayrılıqda nəzərə alınmalıdır.

Daha sonra sloveniyalı mütəxəssis Edvard Kolar effektiv inkişaf strategiyasının təklif olunmuş istiqamətləri ilə bağlı fikirlərini səsləndirib. O, qısa zamanda strategiyanın ilkin versiyasını Azərbaycan ağırlıqqaldırma federasiyasına təqdim edəcəklərini bildirib. Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Həmin kateqoriyadan