- Baxış sayı: 155
- 04 Fevral 2026 23:05
- Baxış sayı: 111
- Fevral 06, 2026
- 0

Maltanın paytaxtı Valettada Avropa badminton konfederasiyasının illik iclası başa çatıb. Allsport.az saytı xəbər verir ki, konqresdə ABF prezidenti Taleh Ziyadov, vitse-prezident Aynur Səmədova və millinin baş məşqçisi Murtuza Validarvı iştirak ediblər.
2 gün davam edən toplantıda növbəti ildə keçiriləcək konqresə ev sahibliyi edəcək şəhər müəyyənləşib. ABK-in nümayəndə heyətlərinin növbəti, sayca 56-cı görüşü 2023-cü ildə Bakıda keçiriləcək.
Mötəbər tədbirə ev sahibliyi etmək hüququ 3 namizəd şəhər arasından paytaxtımıza verilib. Konqres çərçivəsində 2022-də müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının mükafatlandırılma mərasimi Bakıda təşkil olunacaq. Avropanın badminton federasiyasılarının prezidentləri ölkəmizə səfər edəcək.