- Baxış sayı: 31
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Serbiyanın Novı Sad şəhərində sambo üzrə Avropa çempionatı üçün millinin heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Vahid Tarverdiyev və məşqçi Cabir İsmayılovun rəhbərliyi ilə 19 idmançı mübarizə aparacaq.
Bunlardan 5-i yeniyetmə, 6-sı gənclər, 6-sı böyüklər və 2-si döyüş sambosu ilə məşğul olanlardır. Komanda 14 sentyabrda yola düşüb, 19 sentyabrda Bakıya dönəcək.
Yeniyetmələr: Musaxan Gülməmmədov (64 kq), Kərəm Babazadə (71 kq), Toğrul İbrahimov (79 kq), Fərəc Gözəlov (88 kq), Orxan Məcidli (+98 kq);
Gənclər: Rəvan Rüstəmli (58 kq), Elvin Bağırov (64 kq), Əhməd Hüseynov (71 kq), Adil Adilzadə (79 kq), Məhəmmədəli Əliyev (88 kq), Məhəmməd Məmmədzadə (+98 kq);
Böyüklər: Mehman Xəlilov (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Emil Həsənov (71 kq) Ceyhun Hüseynov (88 kq), Eyvaz Nəsibli (98 kq), Toğrul Salmanov (+98 kq);
Döyüş sambosu: Ramil Vəliyev (79 kq), Nəbi Məmmədov (98 kq).
Sambo üzrə Avropa çempionatı 15-18 sentyabrda baş tutacaq.