Avropa çempionatında 5-ci yer

Xorvatiyanın Osiyek şəhərində keçirilən atıcılıq üzrə Avropa çempionatı davam edir.

Allsport.az xəbər verir ki, gənclərin 50 metr məsafədən tapança ilə atəş açma yarışı başa çatıb.

Azərbaycan snayperi Vladislav Kalmıkov da hədəf önünə keçib. O, 535 xal toplayıb. İdmançımız yarışda 5-ci yeri tutub.

Qeyd edək ki, gənclərin mübarizəsində 12 atıcı iştirak edib.

Həmin kateqoriyadan