- Baxış sayı: 30
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Slovakiya paytaxtı Bratislavada kikboksinq üzrə Avropa çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarış Low Kick, Kick Light və K-1 versiyaları üzrə keçirilib.
Yarışda qadın kikboksçumuz Nehir Rəcəbzadə daxil olmaqla, 17 idmançımız mübarizə aparıb. Veteranlarda Telman Məhərrəmov zədə aldığından, finalda iştirak edə bilməyib. Hikmət Hacıyev də bürünc medala yetişib.
Ramal Aslanov (71 kq – Low Kick versiyası), Əsgər Rəhimov (57 kq), Elxan Əliyev (71 kq) və Bəhram Rəcəbzadə (+91 kq; hər üçü – K1) həlledici döyüşdə yeniliblər. Anar Məmmədov (54 kq – K1), Ruslan Musayev (63.5 kq – Low Kick), və Fatma Rəcəbzadə (48 kq – Low Kick) 3-cü yer tutublar. “Ağ Canavar” ləqəbli Eduard Məmmədov mükafatsız qalıb.
Elnur Alıyev və Aydın Ağabəyov ölkəmizi hakim qismində təmsil ediblər. Avropa çempionatını AKF-in prezidenti Adil Əliyev də izləyib. Komandanın nümayəndə heyətinin rəhbəri vitse-prezident Güloğlan Cabbarov olub.