- Baxış sayı: 53
- 16 Mart 2026 20:46
- Baxış sayı: 173
- Mart 16, 2026
- 0

Vasif Durarbəyli koronavirusa yoluxub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan şahmatçısı İslandiya paytaxtı Reykyavikdə kişilərin Avropa çempionatında xəstələnib. Qrossmeysterimizin 4-cü tur ərəfəsindəki koronavirus testi müsbət nəticələnib.
Bu səbəbdən də ilk üç oyunda 2 xal toplayan şahmatçımız yarışda mübarizəni dayandırıb. Son Azərbaycan çempionu, avqustun əvvəlində Rusiyada başa çatmış dünya kubokunun 1/8 finalçısı olan şahmatçımız, 14 günlük karantinə yerləşdirilib.