Avropa çempionatında növbəti bürünc medal

Fransanın Şatoru şəhərində keçirilən Avropa atıcılıq çempionatında Azərbaycan yığmasının üzvü Xanna Əliyeva standart tapança ilə 25 metr məsafəyə atəş açma yarışında uğurla çıxış edərək bürünc medal qazanıb.
Allsport.az xəbər verir ki, o, 560 xal və 12 daxili onluq nəticə göstərərək turniri 3-cü pillədə başa vurub və fəxri kürsüyə yüksəlib.
Yarışın ilk iki pilləsində Macarıstan təmsilçiləri qərarlaşıblar.

Həmin kateqoriyadan