- Baxış sayı: 31
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Niderlandın Haaqa şəhərində pencak-silat üzrə açıq Avropa çempionatında uğurla çıxış edən millimiz Vətənə dönüb. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev beynəlxalq aeroportunda idmançıların qarşılanma mərasimi olub. Milli komandamızın üzvlərini ictimaiyyət nümayəndələri, idmançılar, federasiya rəsmiləri və mətbuat nümayəndələri qarşılayıblar. Yarışda ölkəmizi 4 idmançı və 1 hakimin təmsil etdiyini deyən Azərbaycan sindo-ryu və oencak-silat federasiyasının prezidenti Ceyhun Əşrəfov 6 yığma üzvünün viza problemi ilə üzləşdiyini qeyd edib.
Bildirib ki, idmançılarımız açıq Avropa çempionatında uğurla çıxış edərək 4 medal qazanıblar və üç dəfə dövlət himnimizi səsləndiriblər. Əgər komandamız turnirdə tam heyətlə çıxış edə bilsəydi medallarımızın sayı daha çox olardı. Sevindirici haldır ki, Elxan Cəfərov ikiqat Avropa çempionu adına sahib oldu. Əldə olunan uğurlar ölkəmizdə idman göstərilən dövlət qayğısının bariz nümunəsidir.
İdmançılarımızı gələn il daha ciddi sınaqların gözlədiyini diqqətə çatdıran C.Əşrəfov onların dünyada ciddi rəqib kimi qəbul edildiyini deyib.
İkiqat Avropa çempionu olan Elxan Cəfərov azərtac.az-a görüşlərin gərgin idman mübarizəsi şəraitində keçdiyini vurğulayaraq deyib: “Yarışa çox ciddi hazırlaşmışdıq. Açıq Avropa çempionatı olduğu üçün dünyanın ən güclü pencak-silat döyüşçüləri yarışa qatılmışdı. Çox sevinirəm ki, əzmkarlıq nümayiş etdirib bütün görüşlərimdə qələbə qazanaraq ikiqat Avropa çempionu oldum. Niderlandda Azərbaycanın dövlət himnini səsləndirdiyim üçün çox xoşbəxtəm”.
İlk dəfə beynəlxalq yarışda ədaləti qoruyan beynəlxalq dərəcəli hakim Ziya Mirzəyev hər zaman görüşlərə obyektiv yanaşdığını, məkandan asılı olmayaraq daima düz qərar qəbul etməyin tərəfində olduğunu diqqətə çatdırıb.
Niderlandda hakimlər üçün təşkil olunan seminara qatıldığını deyən Z.Mirzəyev seminarı uğurla başa vurduğunu və çempionatda döyüşləri idarə edən zaman ədalət prinsiplərinə əsaslandığını diqqətə çatdırıb.
Qeyd edək ki, açıq Avropa çempionatında gənclərin yarışında çıxış edən Xalid Əfəndiyev və Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Böyüklərin mübarizəsində Elxan Cəfərov ikiqat Avropa çempionu adına sahib olub. Abdulla Abdullazadə isə yarışı ikinci pillədə başa vurub. Milli komandamız çempionatda baş məşqçi Abbas Hümbətovun rəhbərliyi altında yarışıb.