- Baxış sayı: 11
- 28 Noyabr 2024 22:16
- Baxış sayı: 111
- Noyabr 28, 2024
- 0
AÇ-2020-nin Bakı olimpiya stadionunda 4 oyunu ilə əlaqədar Avropa çempionatının himayədarı olan şirkətlərin nümayəndələri ölkəmizə gəliblər. Allsport.az saytı xəbər verir ki, bu gün “Alipay”, “Booking.com”, “FedEx”, “Hisense”, SOCAR və “Volskvagen” şirkətlərinin təmsilçilərinin iştirakı ilə tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov salamlama nitqi ilə çıxış edib.
AÇ-2020-nin sponsoru olan qeyd edilən şirkətlərin nümayəndələri Bakı Olimiya Stadionu, həmçinin çempionat dövründə fəaliyyət göstərəcək Fan Zonanın yerləşəcəyi ərazi ilə tanış olublar. Xatırladaq ki, 2020-ci ildə Avropa çempionatının 4 oyunu Bakı olimpiya stadionunda təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də “A” qrupunun 3 görüşü, iyulun 4 isə 1/4 final mərhələsinin 1 matçı keçiriləcək.