Avropa formatına keçid

MLS 2027-ci ildən etibarən çempionatın keçirilmə formatında dəyişiklikləri təsdiqləyib.
Allsport.az xəbər verir ki, liqa mövsümün iyulda başlayıb mayda bitəcəyi Avropa formatına keçəcək.
MLS dekabrdan fevral ayına qədər davam edəcək qış fasiləsi tətbiq etməyi planlaşdırır. Pley-off oyunları isə may ayında keçiriləcək.
Hazırda MLS mövsümü fevraldan oktyabra qədər davam edir, pley-off oyunları isə noyabr və dekabr aylarına təsadüf edir.

Bu cür dəyişikliklər MLS-in Avropadakı transfer pəncərələri ilə uzlaşmasına kömək edəcək, həmçinin pley-off oyunlarının tamaşaçı rəqabətində Amerika futbolu (NFL) ilə toqquşmasının qarşısını alacaq.

Həmin kateqoriyadan