- Baxış sayı: 39
- 22 Mart 2026 15:50
- Baxış sayı: 269
- Mart 22, 2026
- 0

Polşanın Poznan şəhərində Avropa futbol azarkeşləri təşkilatı tərəfindən tərəfdarlarla əlaqələndirici şəxs arasında görüş keçirilib.
Allsport.az saytı xəbər verir ki, 13-dən çox ölkə və 20-dən çox klub nümayəndələrinin iştirakı ilə təşkil olunan görüş zamanı SLO-lar arasında informasiya mübadiləsi, SLO koordinatorunun rolu, çempionlar liqasının yeni formatı, yaxın gələcəkdə SLO-lar üçün hazırlanmış plan barəsində danışıqlar aparılıb.
İştirakçılar arasında AFFA-nın klubların lisenziyalaşdırılması departamentinin azarkeşlərlə əlaqələndirici şəxslərlə iş üzrə məsul şəxsi Yusif Abdullayev də olub. O, klublarımızın azarkeşlərlə əlaqələndirici şəxslərinin gördükləri işlər və gələcək planları barədə digər həmkarlarını məlumatlandırıb.