- Baxış sayı: 608
- 27 Noyabr 2025 13:51
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Oktyabrın 28-dən 31-dək gənclər və idman nazirliyinin dəstəyi və Avropa komissiyasının təşəbbüsü ilə Şəki olimpiya idman kompleksində “Be Active” şüarı altında Avropa idman həftəsi keçirilir. Allsport.az saytı xəbər verir ki, müxtəlif yaş qruplarından olan iştirakçıların qatıldığı Avropa İdman Həftəsində Şəki-Zaqatala və Dağlıq Şirvan regionlarını təmsil edən şəhər və rayon komandaları mübarizə aparırlar.
Badminton üzrə oğlanlar arasında keçirilən yarışlarda ”Şəki” komandası birinci olub. “İsmayıllı” komandası yarışı ikinci, “Qax” komandası isə üçüncü pillədə başa vurublar. Voleybol yarışlarında qızlar arasında Şəki olimpiya İdman kompleksi qalib olub.
Şəki şəhəri 11 nömrəli orta məktəb ikinci, “Qax” komandası isə üçüncü yeri tutublar. Oğlanlar arasında isə Qoxmuq kənd məktəbi birinci, 10 nömrəli məktəb ikinci, 17 nömrəli məktəb üçüncü yerə layiq görülüblər.
Yarışın ilk günündə ümumilikdə 225 məktəbli iştirak edib. Qaliblər diplom və sertifikatlarla təltif ediliblər.