- Baxış sayı: 18
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 206
- Fevral 04, 2026
- 0

FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, Məsiyev Avropa liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçiriləcək “Frayburq” (Almaniya) – “Zalsburq” (Avstriya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. İngiltərəli Styuart Ettuell VAR, niderlandlı Pol van Boekel isə AVAR kimi fəaliyyət göstərəcək.
Görüş dekabrın 12-də Frayburq şəhərində yerləşən “Volfsvinkel” stadionunda keçiriləcək.