- Baxış sayı: 38
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 209
- Fevral 04, 2026
- 0

FİFA referisi Əliyar Ağayev – Avropa liqasının 3-cü təsnifatının ilk oyunu çərçivəsində “Panevejis” (Litva) – “Makkabi” (Təl-Əviv, İsrail) qarşılaşmasında baş rolda olacaq.
Allsport.az saytı xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. 4-cü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Elçin Məsiyev isə matça AVAR kimi təyinat alıb.
Avqustun 8-də eyni adlı şəhərin “Aukştaytiya” stadionunda görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.