- Baxış sayı: 3
- 16 Aprel 2025 19:20
- Baxış sayı: 89
- Aprel 14, 2025
- 0
Mayın 9-da Avropa liqasının 2023/24 mövsümünün hər iki finalçısı müəyyənləşib.
Allsport.az xəbər verir ki, “Bayer-04” və “Atalanta” fəxri kubok uğrunda oynamaq hüququ əldə ediblər.
“Bayer” “Roma”nı ümumi hesabda məğlub edib (4:2), “Atalanta” isə “Marsel”dən (4:1) güclü olub.
Avropa liqasının finalı mayın 22-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək. Oyun “Aviva” stadionunda baş tutacaq. Final matçının qalibi nəinki kuboku qazanacaq, həm də çempionlar liqasının qalibi ilə UEFA super kuboku uğrunda oynamaq hüququ qazanacaq.