- Baxış sayı: 242
- 02 Oktyabr 2024 15:15
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Bəxtiyar Məmmədov | batyyar@mail.ru
Bu, nəyisə öyrənmək üçün son dərs idi
Futbol klublarının Avropa kubokları uğrunda mübarizəsinin birinci mərhələsi sayılan qrup turniri başa çatdı və estafet pley-off mərhələsinə verildi. Açığı, təmsilçimizin bu dəfə, rəqiblərin səviyyəsindən asılı olmayaraq, məhz pley-offa qədəm qoyacağını gözləyirdik. Bu, təkcə kortəbii azarkeş inamı deyil, hesablara, qanunauyğunluqlara və psixologiyaya söykənən ümid idi. Ötən il «Qarabağ» hakim ədalətsizliyi ilə qrup turnirindən pley-offa son anda – son dəqiqələrdə çıxmayanda, elə düşünmək olardı ki, bəzi formalaşmış stereotipləri komanda bu il dağıtmağa çalışacaq və buna bütün qüvvəsini, bilik və bacarığını sərf edəcək. Eyni zamanda, iştah diş altında olduğu kimi, ötənilki uğura bərabər büdrəyiş, eləcə də rəqibn finala qədər yürüməsi təmsilçimizə ikiqat stimul verməli idi. Bütün bunlara onu da əlavə edək ki, bu il ilk dəfə idi ki, iki komandamız birdən qrüp yarışına vəsiqə almışdı.
Turdan-tura yarışla bağlı fikirlərimizi bölüşdürdüyümüzdən, indi yalnız ümumiləşmiş məqamlardan söhbət aça bilərik. Əlbəttə, ümumi götürdükdə, yarışın nəticələrini müsbət qiymətləndirməliyik. Hər halda, komandalarımız qrup yarışında mübarizə aparırlar. Əvvəllər oyununu canlı görmək imkanımız olmayan rəqiblər bir-birinin ardınca Bakıya gəlirlər. Amma söhbət kimisə, hansısa klubu görməkdən getmir. Azərbaycan futbolu və onun potensialı üçün bu, böyük hadisə sayıla bilməz. Digər yandan, bu gün şərait və imknalar baxımından klublarımız qitənin ortababları ilə ayaqlaşa bilməlidirlər. Lakin buna mane olan səbəblər var.
Birincisi, məhz bu yanlış əldə olunanla kifayətlənmək həvəsidir. Bu gün «Qəbələ»ni Avropa kuboku uğrunda yarışın qrup turnirində görmək möcüzə deyil. Üstəlik, bu mərhələyə vəsiqə qazanmaq artıq bütün nailiyyətlərin əldə olunması anlamına gəlmir. Əksinə, əcnəbi məşqçi, əcnəbilərdən ibarət heyətlə mübarizə aparılırsa, daha yüksək hədlərdən söhbət açmalıyıq. Belə olduqda, cəmi iki xal, özü də bərabər mübarizə aparmaq mümkün olduğu bir qrupda, üstəlik də, cəmi bir tutarlı oyunla yarışı başa vurmaq heç də böyük uğur sayılmamılıdır. Əgər baş məşqçi ixtiyarında olan yerli futbolçulara geniş meydan versəydi, bəlkə də ona haqq qazandırardıq. Öz sevimliləri ilə bu nəticəsi isə uğur deyil. Əksinə, o, yerli futbolçulara güvənsəydi və komandaya daha keyfiyyətli əcnəbilər dəvət etsəydi, nəticə, əminəm, sanballı olardı. Son illərdə bu klubda görülən işlərin miqyası ilə müqayisə etdikdə, buna nailiyyət demək olmaz. Yəqin, klub rəhbərliyi də maksimalist olaraq, bu məsələyə diqqət yetirməyə çalışacaq.
Yalnız əcnəbilərin oynadığı bir yarışda klubun hansısa uğurundan söz açmaq olmur. Üstəlik, heyətdə hansısa təzə-təzə püxtələşməkdə olan futbolçu olmadığı halda, bu, lap yersiz olur.
Söz yox ki, bu mərhələdə əsas ümid və yazının preambulasında yazdıqlarımız «Qarabağ»a aiddir. Bu mərhələyə komandanın daha ciddi yanaşacağını gözləyirdim. Heyətdəki dəyişiklikləri də məhz bu baxımdan qiymətləndirirdim. Lakin zaman göstərdi ki, ilk, əvvəlki şübhələrdə heç də yanılmamışam. «Qarabağ», ilk növbədə, seleksiyasının zəifliyi və strateji vəzifləri düz qiymətləndirmədiyi üçün, azarkeşlərini belə, çox razı sala bilmədi. Ötənilki dirənişdən sonra komandanın bu il istənilən halda daha böyük və inamlı olacağını gözləyənlər haradasa haqlıdırlar. Axı, buna həqiqəi şərait və imkanlar da var idi. Çox təəssüf ki, komanda yenə heyətinə yalnız azərbaycan çempiqnatı baxımından əl gəzdirdi.
Klubun yanlış bilet satışı qərarından tutmuş, taktik həmlələrinə qədər çox yanlışlıqlarını gördük. Söz yox ki, çox güclü bir qrupda «Qarabağ» rəqabətdən geri qalmamağa çalışdı. Lakin bütün məqamlarda məhz baş məşqçinin düşüncələrinə, taktiki qərarlarına güvənmək doğru deyil. Komandanın oyunçu bazasının da təpəri olmalıdır. Yerli futbolçuların səviyyəsinin xeyli artdığı şübhəsizdir. Lakin əcnəbilər buna müvafiq deyil, bir baş yuxarı olmalı idilər ki, oyun planında artımdan, üstəlik, Qurban Qurbanovun çeşidli qərarlara imkanından söz açaq. Bu gün hətta əcnəbilər də oyundan-oyuna püxtələşib, yetkinləşirlərsə, bu münvalla komanda yalnız bir atımlıq barıt tesviri oyadacaq.
Əlbəttə, bu, «Qarabağ»ın iflasa uğradığı anlamına gəlmir. Əksinə, komanda bu il Avropanın ən yuxarı eşelonundakı komandalara yaxın olan rəqiblərlə də baş-başa vuruşa biləcəyini göstərdi. Hər üç rəqib məhz bu ampluada olanlardır, yaxşı vaxtlarında isə qitə futbol asları səviyyəsinə də yüksəlirlər. Bu isə ad-sanın qoyduğu irsi təcrübə, məktəbdir. «Qarabağ» məhz bu həddə çox yaxınlaşa biləcəyimizi göstərdi. Onu da hiss etdim ki, futbolçular, klub özü də daha böyük sıçrayışa ümidli idi. Lakin bu dəfə alınmadı. Təkcə son matç bunun səbəblərini əyani nümayiş etdirdi. Ona görə də bu yarış yüksəlişə doğru klublarımız üçün son dərs idi. İndi nəyi, harada və necə qurmalı, dəyişməli olduqlarını bütün klublarımız açıq-aşkar görməlidirlər. Bir sözlə, «Qarabağ» təkcə özü üçün deyil, hamı üçün, hətta «Qəbələ» üçün də yarışdı. Ona görə də məhz «Qarabağ»ın dərsləri, elə «Qəbələ»nin özü üçün də bir dərs olmalıdır. Çünki böyük olmaq istəyən qazandığı ilə kifayətlənmədən, yüksək mərtəbələri birdən hədəfə almağı bacarmalıdır.
(“İdman” qəzeti)